Azadsöz.az xəbər verir ki, Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 11:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 203-cü kilometrliyində, Göyçayın Qarayazı kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mersedes” markalı minik avtomobili qarşı tərəfdə hərəkətdə olan ” VAZ 21011″ markalı minik avtomobilinə arxa tərəfdən çırpılıb. Hadisə zamanı avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, “VAZ 21011” in qoşqulu yük yerində olan 5 baş iri buynuzlu heyvan tələf olub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (apa)