Azadsöz.az xəbər verir ki, iyulun 3-də rayon İcra Hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general mayor Zaur Abdullayev və rayon ictimayyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edərək şəhid polkovniki, Azərbaycan Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun komandir müavini olmuş Babək Səmidlinin və birinci və ikinci Qarabağ müharibələri zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanların məzarları üzərinə gül-çiçək dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.
Daha sonra tədbir iştirakçıları şəhid polkovnik Babək Səmidlinin evində olaraq, ailəsi tərəfindən hazırlanmış xatirə guşəsi ilə tanış olublar.Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadə, başçısı şəhidin ailəsinə baş sağlığı verərək, şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıq əzimkarlığından söhbət açıb.Evində qonaq olan digər şəxslər polkovniklə bağlı xatirələrini bölüşüblər.
Görüşün sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general – mayor Zaur Abdullayev “Zəfər” ordeni şəhid polkovnik Babək Səmidlinin övladlarına təqdim edib.
Göstərilən diqqət və qayğıya görə,şəhidimizin atası Mətləb Səmidli şəhidlərin xatirəsinin əziz tutduğuna, oğlu Babək Səmidlinin “Zəfər” ordeni ilə təltif etdiyi üçün ailəsi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin (09.12.2020-ci il tarixli) sərəncamına əsasən, Polkovnik Səmidli Babək Mətləb oğlu ölümündən sonra “Zəfər ordeni” ilə təltif edilib.