Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev İkinci Vətən müharibəsində torpaqların işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı hərbi qulluq vəzifəsini şərəflə yerinə yetirərkən Suqovuşanın azadlığı uğurunda gedən döyüşlərdə 2020-ci ilin noyabrında minaya düşməsi nəticəsində şəhidlik zirvəsinə ucalan Səmidli Babək Mətləb oğlunun təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezidentin (09.12.2020-ci il tarixli) sərəncamına əsasən, Polkovnik Səmidli Babək Mətləb oğlu ölümündən sonra “Zəfər ordeni” ilə təltif edilib.
Qeyd edək ki, Polkovnik Səmidli Babək Mətləb oğlu Azərbaycan Ordusunun 100 illiyi münasibətilə və Azərbaycanın qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin 25 iyun 2018-ci il tarixli sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Xatırladaq ki, Azərbaycan Ordusunun polkovniki Babək Səmidli Prezident İlham Əliyevin 15.12.2020 ( “Vətən uğrunda”) ; 29.12.2020 ( “Suqovuşanın azad olunmasına görə” )- ci il tarixli sərəncamına əsasən, medallar ilə təltif olunub.