Azadsöz.az xəbər verir ki, iyunun 21-də rayon icra hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı, aparatın məsul əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi və rayonun din xadimləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə və dövlət–din münasibətlərinin tənzimlənməsində səmərəli fəaliyyətinə görə Komitənin əməkdaşlarını təbrik edib.