Azadsöz.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin Qubadlının Qəzyan kəndində ermənilər tərəfindən dağıdılmış məzarı bərpa olunub.Bununla bağlı sosial şəbəkələrdə foto paylaşılıb.
Qeyd edək ki, Ə.Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.
Onun son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Ə.Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. Ə.Əliyev Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.