23 Noyabr 2024 12:32

Mingəçevirdə Şəhid ailəsi 21 ildir, vaqonda yaşayır.Mingəçevir və Ağdam rəhbərliyi susur – FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, Vətən müharibəsində şəhid olan Əzim Fikrət oğlu Həsənovun ailəsi Mingəçevirdə “QRES” deyilən ərazidə dəmir vaqonda yaşayır. Facebook  istifadəçisi Maya Quliyeva  ailənin yaşadığı evi feysbuk hesabında paylaşıb.Jurnalistin sözlərinə görə, Ağdam rayonundan məcburi köçkün olan ailə 1999-cu ildən etibarən, həmin ərazidə quraşdırılmış vaqonda, çox dözülməz şəraitdə yaşayır.

Xatırladaq  ki, Ağdamın Xıdırlı kəndindən məcburi köçkün düşən Şəhid Əzim Həsənov 2004-2015-ci illərdə “QRES”-dəki 19 saylı məktəbdə oxuyub, məktəbi  əla qiymətlərlə başa vuraraq, Azərbaycan Dillər Universitetinin (ADU) ingilis dili müəllimi ixtisasına  qəbul  olub.2019-cu ildə ADU-nun bakalavr pilləsini başa vurduqdan sonra, oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb.Hərbi xidmətinin başa çatmasına  az müddət  qalmasına  baxmayaraq, başlanan  İkinci  Qarabağ  müharibəsində Füzuli-Cəbrayıl istiqamətlərində döyüşdə  olub.Füzulinin Aşağı Seyidəhmədli kəndi uğrunda gedən  döyüşlərdə  şücaət  göstərərək, oktyabrın 8-də şəhidlik  zirvəsinə ucalıb.Şəhidimiz  22 gündən sonra  oktyabr 30-da Mingəçevirdə, Şəhidlər Xiyabanında dəfn edilib.

Qeyd  edək  ki, Əzim Fikrət oğlu Həsənov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti  İlham  Əliyevin sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Qarşı  tərəfin  fikirini  işıqlandırmağa  hazırıq.

Ankara escort İstanbul Travesti Shemale İstanbul