Azadsöz.az xəbər verir ki, Ülviyyə Mikayılova “Space” teleradio şirkətinə yeni rəhbər təyin olunub.Telekanalın yeni rəhbəri Ülviyyə Mikayılova bildirib ki, artıq kollektivə təqdim olunub:
“Məni kollektivə MTRŞ-nın sədri İsmət Səttarov təqdim etdi. Təqdimatda da kollektivə bildirdim ki, “Space” maarifləndirici televiziya olmalıdır. Sabahdan etibarən kollektivlə tanış olacam. İslahatların və yeni təyinatların olacağı ilə bağlı hələ ki, indidən nəsə deyə bilmərəm”.