Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin müvafiq əmri ilə, ehtiyatda olan kapitan Süleymanov Hikmət Qədir oğlu “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilərək Yerli icra hakimiyyətlərində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsi yaradılmışdır.
Qeyd edək ki, Hikmət Süleymanov Vətən Müharibəsi iştirakçısıdır.