23 Noyabr 2024 11:47

Bu gün Ümumdünya meteorologiya günüdür

Azadsöz.az  xəbər  verir  ki,  bu gün  Ümumdünya meteorologiya təşkilatının (ÜMT) təşəbbüsü ilə BMT-nin himayəsi altında Ümumdünya meteorologiya günü kimi qeyd olunur. 

Ümumdünya meteorologiya təşkilatının Konvensiyası 1950-ci ilin 23 mart tarixində qüvvəyə minib və həmin gün bayram kimi 1961-ci ildən qeyd olunmağa başlanıb.
Bu günün qeyd olunmasında əsas məqsəd hidrometeorologiya ilə bağlı dünyada baş verən proseslərə, xüsusilə son illər cəmiyyəti narahat edən qlobal iqlim dəyişmələrinə, baş verə biləcək təhlükəli hidrometeoroloji proseslərə ictimaiyyətin diqqətini yönəltməkdir.  
Qeyd edək ki, ÜMT meteorologiya günü ilə əlaqədar hər ilin mövzusunu müəyyən edir. 2021-ci ilin mövzusu “Okean, iqlim və hava” elan edilib.
Planetimizin 70 faizini əhatə edən okean, iqlim və hava şəraitinin formalaşmasında mühüm rol oynadığından, həmçinin iqlim dəyişmələri prosesində mərkəzi yer tutduğundan bu il belə bir mövzu müəyyənləşdirilib. Çünki hava proqnozu və iqlimdə baş verən dəyişikliklərin qabaqcadan müəyyənləşdirilməsində okeanla atmosferin qarşılıqlı əlaqəsinin xüsusi rolu vardır.
Azərbaycanda əhaliyə göstərilən hidrometeoroloji xidmətin səviyyəsinin yüksəldilməsi, hava proqnozlarının dəqiqliyinin artırılması, o cümlədən bütün ölkəni əhatə edən hidrometeoroloji şəbəkənin fəaliyyətinin təkmilləşdirilməsi və modernləşdirilməsi istiqamətində son illər genişmiqyaslı tədbirlər həyata keçirilir.
Göygöl və Şamaxı rayonlarının ərazisində 2 ən müasir Dopler radar sistemləri qurulub və məhz meteorologiya günü ərəfəsində – bu ilin 9 mart tarixində istifadəyə verilib. 
Qeyd edək ki, ölkəmizdə hidrometeoroloji xidmətin modernləşdirilməsi istiqamətində təkcə son iki il ərzində 25 hidroloji, 4 dəniz, havanın keyfiyyətinin monitorinqi üzrə isə 5 avtomatlaşdırılmış stansiya quraşdırılıb.
Ankara escort İstanbul Travesti Shemale İstanbul