Azadsöz.az xəbər verir ki, Göyçayda Dağlıq Şirvan regional nümayəndəliyinin əməkdaşları və gəncləri Göyçay Şəhidlər Xiyabanına yürüş ediblər. Onlar şəhidlərin məzarları önünə gül dəstələri düzüb və əziz xatirələrini ehtiramla yad ediblər. Anım Günü ilə əlaqədar digər tədbir Göyçay Heydər Əliyev Mərkəzində keçirilib.Tədbirdə ilk öncə şəhidlər bir dəqiqəlik sükutla anılıb. Daha sonra çıxışçılar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin qəhrəmanlıqlarından bəhs edib, onların döyüş yolları haqqında iştirakçılara məlumat veriblər. Sonda tarixi gün ilə əlaqədar videoçarx nümayiş etdirilib. Qeyd edək ki, tədbir GİKM-in Dağlıq Şirvan regional nümayəndəliyinin, Göyçay Heydər Əliyev Mərkəzinin və Göyçay İdarəetmə və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.
Həmçinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin və Qəbələ regional “ASAN xidmət” mərkəzinin əməkdaşları gənclər ilə birlikdə Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzərək onların əziz xatirəsini yad ediblər. Daha sonra 44 günlük Vətən müharibəsində şəhid olmuş Aqşin Qədirzadənin ailəsi ziyarət edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət, müharibə iştirakçılarına və qazilərimizə can sağlığı arzu edirik!