23 Noyabr 2024 11:30

Göyçayda “27 sentyabr – Anım Günü” ilə əlaqədar tədbir keçirildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 27 sentyabr 2024-cü il tarixdə Göyçay şəhər Şəhidlər Xiyabanında şəhidlərimizin “Anım günü”nə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək bildirdi ki, bu gün bütün Azərbaycan xalqı və dünya azərbaycanlıları müqəddəs vətənimiz uğrunda canından keçən şəhidlərimizin  xatirəsini dərin ehtiramla anır. 27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək yolunda hərbi siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü dediyi bir gündür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Daha  sonra Milli Məclisin deputatı Sabir Hacıyev, şəhid ailələri adından şəhid Orxan Kərimlinin atası Akif Kərimov,  Azərbaycan Respublikasının “Əməkdar müəllimi”,  Tarix üzrə fəlsəfə doktoru Pərviz Yəhyalı və Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecininin müəlliməsi Nərmin Abışova çıxış edərək  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını və əldə olunmuş qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd ediblər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi və Xocalı şəhərinin separatçılardan təmizlənməsi ilə şanlı ordumuzun 44 günlük müharibədə əldə etdiyi tarixi qələbəyə daha bir qələbə əlavə olunduğu  vurğulayıblar. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edildiyini, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağının dalğalandığını   diqqətə  çatdırıblar.

Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş edilib.

Saat 12:00-da vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhər ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılmışdır.

Tədbir iştirakçıları sonda şəhidlərin xatirəsinin uca tutulması məqsədilə ağacəkmə kampaniyasında iştirak ediblər.

Səbuhi Eltonlu

 


 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul