23 Noyabr 2024 16:31

Sumqayıt Tibb Mərkəzinə direktor müavini təyin edilib

Azadsöz.az xəbər verir ki, tanınmış cərrah, bir müddət Salyan Rayon Mərkəzi xəstəxanasının rəhbəri olmuş Ramin Qasımov Sumqayıt Tibb Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.

O, pasiyentləri Sumqayıt 2 saylı şəhər xəstəxanasında qəbul edəcəyini də bildirib.

Ramin Əjdər oğlu Qasımov Azərbaycan Tibb Universitetində Ümumi cərrahiyyə üzrə internaturanı bitirdikdən sonra Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində fəaliyyət göstərib.

Eyni zamanda Türkiyə Cümhuriyyəti Ankara Yüksək İxtisas Klinikasında təkmilləşmə və ixtisasartırma kursları keçmiş, qastroenteroloji mövzulara həsr olunmuş 50-yə yaxın seminar və təlimlərdə yaxından iştirak etmişdir. R.Qasımov 2012-ci ildə elmi tədqiqat işini müdafiə edərək Tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb.

2020-ci ildə Salyan Rayon xəstəxanasına direktor təyin edilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul