23 Noyabr 2024 19:30

2027-ci ilin sonuna qədər Şirvan kanalının açılışını qeyd edəcəyik.” – Prezident  İlham Əliyev vurğuladı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub. Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirib ki, son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. 1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən yararlanacaq.

Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Xüsusilə də həmin layihələrin icrası ölkəmizin inkişaf səviyyəsini tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Onların arasında, ilk növbədə, Taxtakörpü-Ceyranbatan kanalı xüsusi əhəmiyyətə malik olan layihələrdəndir. Həmçinin Şəmkirçay su anbarı da çox böyük infrastruktur əhəmiyyəti olan layihələrdəndir. Beləliklə, həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır. Dövlətimizin başçısı Şirvan kanalının əhəmiyyətinə toxunaraq bildirdi ki, bu, bizim ən böyük-suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaqdır. Və yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə bu yeni kanalın əhəmiyyətinin hər kəs tərəfindən uğurla qarşılanacığının əminliyini bildirdi. Eyni zamanda dövlətimizin başçısı belə layihələrin gələcək inkişafının əsas istiqamətlərinin vacibliyini xüsusi vurğuladı.

“Mən bir daha demək istəyirəm ki, Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır. Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur. Ona görə növbəti illərdə hökumətin qarşısında duran infrastruktur layihələrin arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri duracaqdır.” – deyə prezident əlavə etdi.

“Əgər biz işğaldan azad olunmuş ərazilərdə layihələri də əlavə etsək, bu mənzərə daha ürəkaçan olacaq” – vurğulayan ölkə başçısı bir müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olduğunu və Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacağını bildirdi. Dövlətimizin başçısı eyni zamanda bildirdi ki, hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq.

Təbii ki, bütün bunlar böyük vəsait tələb edir. Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. Biz Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur. Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir. Sözsüz ki, hər bir layihənin əhəmiyyəti var, beləliklə su ehtiyatları məhdud olan Azərbaycan bu sahədə də özünü tam təmin etmiş olacaqdır. Prezident İlham Əliyev bir layihənin də əhəmiyyətinə toxunaraq qeyd etdi ki, bu da Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsidir. Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi hökumətin önəmli təşəbbüsüdür. Bu layihə həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik.

Cənab prezident eyni zamanda bildirdi ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının – çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır.

“Əminəm, Azərbaycan xalqı da tam əmindir ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir və bu gün dediyim, bu layihələrin icrası da tam təmin ediləcək. Biz üç ildən sonra – uzaqbaşı 2027-ci ilin sonuna qədər Şirvan kanalının açılışını qeyd edəcəyik.” – deyə prezident vurğuladı.

 

Azadsöz.az

Ankara escort İstanbul Travesti Shemale İstanbul