Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda dekorativ güllərin əkilməsi davam etdirilir.
Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev mərkəzinin qarşısına “Kalendra” dekorativ gülünün əkilməsi işlərinə başlanıb.
Əkilməsi nəzərdə tutulan dekorativ gülün yeri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.Daha sonra əkilməsi həyata keçirilib.
Yeni əkilən güllər suvarılıb və aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, mərkəzin qarşısına 60 ədəd “Kalendra” dekorativ gülü əkilib.
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov