23 Noyabr 2024 13:17

Türkiyədə sosial şəbəkələrdən biri bağlanır

Azadsöz.az xəbər verir ki, “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta” Türkiyədə “Threads” tətbiqini müvəqqəti bağlayacaq.

Buna səbəb Rəqabət Qurumunun qərarıdır. Şirkət qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

“Türkiyədə “Threads” istifadə edən hər kəs aprelin 29-dan əvvəl qərarla bağlı məlumatlandırılacaq”, – deyə şirkətdən vurğulanıb.

Qeyd edilir ki, istifadəçilər “Threads” profillərini dondura, yaxud tamamən silə biləcəklər. “Threads” Türkiyəyə qayıdarsa, profillərini dondurmağı seçən insanların paylaşımları yenidən görünəcək.

Ankara escort İstanbul Travesti Shemale İstanbul