Azadsöz.az xəbər verir ki, Qəbələ rayonunun Bılıx kəndində ümumi sahəsi 165 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 153 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Evin qalan hissəsi, bitişik ev və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.