23 Noyabr 2024 22:15

Pakistanın keçmiş baş naziri İmran Xan və həyat yoldaşı həbs cəzası aldı

Azadsöz.az xəbər verir ki, Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri, müxalif Ədalət Hərəkatı (JM) partiyasının lideri İmran Xan və həyat yoldaşı Büşra Bibini 14 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə “Dawn” qəzeti məlumat yayıb.

KİV yazır ki, cütlük korrupsiya və xarici hədiyyələrin satışı ilə bağlı işdə müttəhim olub. Müxbirlər qeyd ediblər ki, Büşra Bibi məhkəmə zalında olmayıb.

Məhkəmə həbs müddəti ilə yanaşı, ər-arvadın on il ərzində heç bir dövlət vəzifəsində işləməsinə icazə verilməməsinə qərar verib. Məhkəmə həmçinin hər bir şəxsi 787 milyon rupi cərimələyib.

Bu, Xanın iki gündə ikinci məhkumluğudur. Bir gün əvvəl İmran Xan və Pakistanın keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi dövlət sirrini yaymaqda ittiham olunaraq on il müddətinə azadlıqdan məhrum ediliblər .

Nəşrin məlumatına görə, məhkumlar “Rəsmi sirr haqqında” qanunu pozublar. Məhkəmə müəyyən edib ki, onlar Pakistanın Vaşinqtondakı səfirliyi tərəfindən 2023-cü ilin martında yazılmış gizli diplomatik məktubun məzmununu ifşa ediblər.

Ankara escort İstanbul Travesti Shemale İstanbul