Azadsöz.az xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Kənd sakini, 1967-ci il təvəllüdlü Elçin Əmir oglu Əliyev yaşadığı evdə huşunu itirərək evdəki qaz sobasının üzərinə yıxılıb. O, yanıq xəsarətləri alaraq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.