23 Noyabr 2024 19:00

“Google Chrome”dan istifadəçilərinə ÇAĞIRIŞ

Azadsöz.az xəbər verir ki, “Google” öz “Chrome” brauzeri üçün sıfır-gün (hakerlər tərəfindən, məlumat, kompüter və ya şəbəkəyə mənfi təsir üçün istifadə olunur) boşluğunu aradan qaldıran təcili təhlükəsizlik yeniləməsini təqdim edib.

Yeniləmə artıq “Windows”, “macOS” və “Linux” əməliyyat sistemləri üçün əlçatandır.

“Google”un özünün verdiyi məlumata görə, müəyyən edilmiş boşluq artıq dələduzlar tərəfindən istifadəçilərə hücum etmək üçün fəal şəkildə istifadə olunur, ona görə də şirkət hər kəsə mümkün qədər tez brauzerin yeni versiyasını quraşdırmağı tövsiyə edir.

Yeniləmədə eyni zamanda yeddi təhlükəsizlik düzəlişi həyata keçirilib, lakin onlardan ən vacibi “Chrome”da və “Chrome OS”, “Android” və “Flutter” kimi “Google”un digər  xidmətlərində istifadə edilən “Skia 2D” qrafika kitabxanasında tam ədədlərin çoxalması probleminə aid olan “CVE-2023-6345”dir. Bu zəif yer istifadəçi “Chrome”da xüsusi veb səhifə açdıqda dələduzlara kompüterdə ixtiyari kod icra etməyə imkan verir. Beləliklə, haker sistemə tam nəzarət edə, məlumatları oğurlaya və ya silə, zərərli proqram quraşdıra və ya digər hərəkətləri edə bilər.

Ankara escort İstanbul Travesti Shemale İstanbul