Azadsöz.az xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün “Məktəb inspektoru” vəzifəsi üzrə vakansiya elan edir.
Sözügedən vakansiya üzrə müraciət etmək istəyən namizədlər öz CV-lərini bu keçid vasitəsilə göndərə bilərlər. Son müraciət tarixi 10 dekabr 2021-ci ildir.
Qeyd edək ki, ətraflı məlumatı müvafiq linkə daxil olaraq əldə edə bilərsiniz.