Azadsöz.az xəbər verir ki, Göyçayda 27 sentyabr- Anım Günü ilə bağlı Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin və Göyçay Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhidini tanı” adlı aksiya keçirilib.Aksiyada müharibə iştirakçıları, şəhid ailələri, şagirdlər və ictimaiyyətin digər nümayəndələri iştirak edib.
Baş tutan “Şəhidini tanı” aksiyasının məqsədi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızın cəmiyyətdə tanıdılması və onların əziz xatirəsinin yad edilməsi olub.Aksiyada Göyçay şəhidlərinin fotoları və məlumatları nümayiş olunub. Eyni zamanda erməni təcavüzündən bəhs edən kitablar da ictimaiyyətə sərgilənib.