Azadsöz.az xəbər verir ki, sentyabrın 27-də Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar Göyçayda Şəhidlər Xiyabanında ağacəkmə aksiyası keçirilib.Ağacəkmə aksiyasında rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ağsaqqallar, dindarlar, qazilər və şəhidlərin ailə üzvləri iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilən bu aksiyada 550 ədəd müxtəlif növ ağac əkilib.