Azadsöz.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıbov bildirib.
O qeyd edib ki, erməni hərbi təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də qanunvericiliyə əsasən şəhid statusu verilir:
“Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə də şəhid statusu veriləcək”.