Azadsöz.az xəbər verir ki, son günlər sosial şəbələlərdə Azərbaycan – Ermənistan sərhədçiləri arasında yaranmış konfliktin videogörüntüləri yayılıb.Hadisə Azərbaycan – Ermənistan sərhədinin Zəngilan istiqamətində baş verib.
Qeyd edək ki, görüntülərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri ilə erməni hərbçiləri arasındakı mübahisə yer alıb.
Görüntülərdə Azərbaycan hərbçilərinin peşəkar davranışı, göstərdiyi təmkin və prinsipiallıq böyük rəğbətlə qarşılanıb.
Bu hadisə Azərbaycan hərbçiləri ilə Ermənistan hərbçiləri arasında fərqi açıq-aşkar göstərir.
Həmin görüntüləri təqdim edirik: