Hafiz Paşayevin doğum günüdür

Azadsöz.az  xəbər  verir  ki, bu gün Azərbaycan elminin, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Hafiz Paşayevin doğum günüdür.Hafiz Mir Cəlal oğlu Paşayev 2 may 1941-ci ildə Bakı şəhərində anadan olub.

O, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib. 1964–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb.

1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.

1971–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1993-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Hafiz Paşayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.

100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir.

O, 2 may 2011-ci ildə Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

2 may 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə, 9 iyul 2019-cu ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 29 aprel 2021-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle

Escorte escortait.com putas