Azadsöz.az xəbər verir ki, Göyçayda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı aparılan qabaqlayıcı tədbirlər mütamadi olaraq davam etməkdədir.Fəaliyyətinə icazə verilən obyektlərdə, əhalinin sıx olduğu yerlərdə rayon rəhbəri Mehdi Səlimzadə başda olmaqla, rayon İcra Hakimiyyəti aparatının və rayon polis şöbəsinin əməkdaşları birlikdə nəzarət-profilaktik reydlər davam etdiriblər.
Son 3 gün ərzində keçirilən reydlərdə ictimai iaşə, ticarət, bərbərxana, gözəllik salonları, yas mərasimləri və digər sahələr üzrə 400 baxış keçirilib.Yoxlamalar zamanı 315 nöqsan aşkarlanaraq aidiyyəti şəxslərə xəbərdarlıq edilib.Altı nəfər barəsində protokol tərtib edilərək 600 manat cərimə olunub.
Qeyd edək ki, bununla yanaşı baş tutan 36 yas mərasiminin qarşısı alınıb. Həmçinin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən 106 nəfərə mövcud sanitar-epidemioloji tələblər izah olunub.