Azadsöz.az xəbər verir ki, “Tibb müəssisələrində çalışan qeyri-tibb işçilərinin əməkhaqlarına əlavələr nəzərdə tutulub”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin məsul əməkdaşı Yadigar Mahmudzadə deyib.
O bildirib ki, vəzifə maaşlarından başqa həmin şəxslərə sabit əlavələr nəzərdə tutulub: “Həmin şəxslərin sabit əlavələri vəzifələrindən asılı olaraq dəyişir. İşçilərin əlavəsi direktorun sabit əlavəsinə nisbətdə hesablanır”.