Paşinyan Putinlə bu tarixdə görüşəcək

Azadsöz.az  xəbər  verir  ki,  Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Bu barədə “Joxovurd” bildirib.

Məlumata görə, aprelin 7-də Nikol Paşinyan Moskvaya işgüzar səfər edəcək və bu ziyarət çərçivəsində onun Vladimir Putinlə görüşü planlaşdırılıb.

Qəzet bu informasiyanı Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyanla dəqiqləşdirməyə cəhd göstərib, ancaq o cavabında bildirib: “Biz bununla bağlı KİV-i məlumatlandıracağıq”.

Bildirilib ki, İkinci Qarabağ müharibəsindən sonra bu onlar arasında ikinci görüş olacaq.

44 günlük döyüşlərdən sonra birinci dəfə onlar yanvarın 11-də görüşüblər. Görüş üçtərəfli formatda baş tutub və həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle

Escorte escortait.com putas